SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2013-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılıq məktubunu, AMEA-nın və Maliyyə Nazirliyinin rəylərini və Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin təkliflərini nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində 2013-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı təsdiq edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:
2.1 2013-cü ildə keçirilməsi nəzərdə tutulan müvafiq beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsini təmin etsinlər.
2.2 Beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsi ilə bağlı tələb olunan xərclər aidiyyəti ali təhsil müəssisələrinin 2013-cü ilə təsdiq olunmuş büdcə üzrə xərclər smetasının və büdcıdənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasının müvafiq xərc yarımmaddəsinin vəsaiti hesabına aparılsın.
2.3. Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində 2013-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların nəticələri barədə məlumatlar (hər bir konfrans keçirildikdən 3 gün sonra) Təhsil Nazirliyinə təqdim edilsin.
3.Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:
3.1. Təsdiq edilmiş konfrans və simpoziumların keçirilməsinə nəzarəti həyata keçirsin və ilin sonunda təhsil müəssisələrindən daxil olan məlumatları ümumiləşdirib rəhbərliyə müvafiq arayış təqdim etsin.
3.2 Əmrin və 2013 -cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısının “Təhsil Xəbərləri” məlumat-informasiya məcmuəsində dərc olunmasını təmin etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin və 2013 -cü ildə keçiriləcək beynəlxalq və
respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısının Təhsil Nazirliyinin veb-saytında yerləşdirməsini təmin etsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmrin (əlavəsi ilə birlikdə) çoxaldılıb müvafiq yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Q. Novruzova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.02.2013-cü il tarixli, 17/17/138-11 nömrəli, AMEA-nın 28.01.2013 cü il tarixli, 01-3/61 nömrəli, Maliyyə Nazirliyinin 14.02.2013-cü il tarixli, 06/02-1-33-180 nömrəli məktublarını və Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin təklifləri.
Misir Mərdanov
Azərbaycan Respublikasının təhsil naziri
11 mart 2013-cü il
№ 363
Əlavə: