SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “1 şagird -1 kompüter” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”nın 17-ci bəndinin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM
1. İKT əsaslı fərdiləşmiş təhsilin formalaşdırılması məqsədi ilə 2013-cü ildən etibarən hər il “1 şagird-1 kompüter” müsabiqəsi keçirilsin.
2. “1 şagird-1kompüter” müsabiqəsinin əsasnaməsi, müsabiqənin Ekspert Komissiyasının tərkibi və müsabiqəyə müraciət forması təsdiq edilsin. (1, 2, 3 saylı əlavələr).
3. Ekspert Komissiyası müsabiqənin keçirilmə müddətini, mərhələlərinin müəyyən edilməsini və müsabiqənin əsasnaməsində nəzərdə tutulmuş digər tədbirlərin lazımi səviyyədə həyata keçirilməsini təmin etsin.
4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə tapşırılsın (S.Məmmədov) :
4.1. Əsasnamədə nəzərdə tutulmuş tədbirlərin vaxtında və lazımi səviyyədə həyata keçirilməsini təmin etsin.
4.2. Ən yaxşı layihələr haqqında geniş məlumatların Təhsil Portalında yerləşdirilməsini təmin etsin.
5. “1 şagird-1kompüter” müsabiqəsinin keçirilməsi üçün xərclər smetası təsdiq edilsin və əmrə əlavə olunsun (4 saylı əlavə).
6. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) müsabiqənin bütün mərhələlərinin gedişinin videolentə alınmasını, əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
26 dekabr 2012-ci il
№ 2364
Əlavə: