• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

III respublika muğam müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Respublika muğam ifaçılarının Beynəlxalq Muğam Festivalında iştirakını təmin etmək, istedadlı muğam ifaçılarını üzə çıxarmaq məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. III respublika muğam müsabiqəsi xanəndə və instrumental musiqi nominasiyaları üzrə 2013-cü ilin 11-20 fevral tarixlərində Bakı şəhərində keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsi (əlavə 1) və münsiflər heyətinin tərkibləri (əlavə 2) təsdiq olunsun.
3. Qaliblərin seçilməsi Azərbaycan Milli Konservatoriyasına (S.Kərimi) və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə (N.Kazımov) tapşırılsın.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) təsdiq edilmiş xərclər smetasına uyğun olaraq müsabiqənin keçirilməsi ilə bağlı xərclərin ödənilməsini təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və əsasnamə ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun. 
Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin yanında 22.11.2012-ci il tarixdə keçirilən iclasın protokolu.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
27 noyabr 2012-ci il
№ 2119

 
Əlavə