SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri
DÖVLƏT BÜDCƏSİNDƏN MALİYYƏLƏŞDİRİLƏN SAHƏLƏRDƏ ÇALIŞAN İŞÇİLƏRİN VAHİD TARİF CƏDVƏLİ İLƏ MÜƏYYƏN EDİLMIŞ AYLIQ TARİF (VƏZİFƏ)
MAAŞLARININ TƏNZİMLƏNMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
MAAŞLARININ TƏNZİMLƏNMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin «Minimum aylıq əməkhaqqının artırılması haqqında» 2008-ci il 25 avqust tarixli 3005 nömrəli, «Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» 2008-ci il 1 sentyabr tarixli 3020 nömrəli, « Azərbaycan Milli Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» 2008-ci il 1 sentyabr tarixli 3021 nömrəli, «Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» 2008-ci il 2 sentyabr tarixli 3024 nömrəli, «Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» 2008-ci il 3 sentyabr tarixli 3025 nömrəli «Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» 2008-ci il 3 sentyabr tarixli 3026 nömrəli, «Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» 2008-ci il 4 sentyabr tarixli 3028 nömrəli, «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışan mülki işçilərin, şəhər (rayon) icra hakimiyyətlərinin tabeliyində olan səfərbərlik ehtiyatları anbarlarında və ehtiyat idrəetmə məntəqələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» 2008-ci il 4 sentyabr tarixli 3209 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədilə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 158-ci maddəsinin 2-ci hisssinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.
2. «Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 216 nömrəli qərarı (2-ci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar 2008-ci il sentyabrın 1-dən qüvvəyə minir.
A.Rasi-zadə
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 12 sentyabr 2008-ci il
№ 209
Azərbaycan Respublikasi Təhsil Nazirinin əmri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı icra və rəhbərlik üçün qəbul edilsin.
2. Rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə və təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, qərarın yerlərdə tətbiqini təmin etsinlər.
3. İqtisadiyyat şöbəsi (H.Zeynalov) qərarın icrası ilə əlaqədar təhsil müəssisələrinə lazımi köməklik göstərsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 216 nömrəli qərarının elan edilməsinə dair Təhsil Nazirliyinin 2008-ci il 14 yanvar tarixli 32 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.
5. Ümumi şöbə (İ. Mİrzəyev) əmrin çoxaldılıb təhsil şöbələrinə və müvafiq təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
Misir Mərdanov
Təhsil naziri
23.09.2008-ci il № 087