• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

«Aspirantlara, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması» haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri

“ASPİRANTLARA, ALİ, ORTA İXTİSAS VƏ PEŞƏ MƏKTƏBLƏRİ VƏ PEŞƏ LİSEYLƏRİNİN TƏLƏBƏLƏRİNƏ VƏ ŞAGİRDLƏRİNƏ VERİLƏN TƏQAÜDLƏRİN ARTIRILMASI HAQQINDA”
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
 
 
Azərbaycan Respublikasının dövlət təhsil müəssisələrində təhsil alan aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə
 
QƏRARA ALIRAM :
 
1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan aspirantlar, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş aylıq təqaüdlər artırılaraq məbləğlərdə müəyyən edilsin :

 
1.1 Aspirantlara 90 manat
1.2 Ali məktəblərdə :  
adlı təqaüd alan tələbələrə 90 manat
magistr pilləsi üzrə :  
əla qiymətlərlə oxuyan tələbələrə  75manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 60 manat
yaxşı - kafi qiymətlərlə oxuyan tələbələrə 40 manat
baklavr pilləsi üzrə :  
əla qiymətlərlə oxuyan tələbələrə 70 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 55 manat
yaxşı - kafi qiymətlərlə oxuyan tələbələrə 35 manat
1.3 Orta ixtisas məktəblərində :  
əla qiymətlərlə oxuyan tələbələrə 35 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 30 manat
yaxşı - kafi qiymətlərlə oxuyan tələbələrə 25 manat
1.4 peşə məktəbləri və peşə liseylərinin
şagirdlərinə
25 manat
 
 
2. «Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 1 fevral tarixli 1927 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, N 2 maddə 108) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Sərəncam 2008-ci il sentyabrın 1-dən tarixindən qüvvəyə minir.  
 
İlham Əliyev
Azərbaycan Respublikasın Prezidenti
Bakı şəhə
ri , «12 » sentyabr 2008-ci il
 

 
 
Azərbaycan Respublikasi Təhsil Nazirinin əmri
 
 
“Aspirantlara, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamınının icrası ilə əlaqədar
 
ƏMR EDİRƏM :
 
1. Azərbaycan Respublikası Prezidentinin göstərilən Sərəncamı rəhbərlik və icra üçün qəbul edilsin.
2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.
3.Təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, Sərəncamın yerlərdə icrasını təmin etsinlər.
4. İqtisadiyyat şöbəsi (H.Zeynalov), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) və Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) Sərəncamdan irəli gələn məsələlərin həllində təhsil müəssisələrinə lazımi köməklik göstərilsin.
5.Ümumi şöbə (İ.Mirzəyev) əmrin çoxaldılıb təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.                
 
Misir Mərdanov
Təhsil naziri
16.09.2008-ci il