• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyətinin verilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 1987 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 60) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.3-cü bəndin ikinci cümləsində "Təhsil Nazirliyinin" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin" sözləri əlavə edilsin;
1.2. 1.13-cü bəndin ikinci cümləsində "Təhsil Nazirliyi" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi" sözləri, "Nazirlər Kabineti" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi" sözləri əlavə edilsin;
1.3. 1.15-ci bəndin birinci cümləsində "Təhsil Nazirliyindən" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən" sözləri əlavə edilsin;
1.4. 1.16-cı bəndin ikinci abzasının birinci cümləsində "Təhsil Nazirliyi" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi" sözləri əlavə edilsin;
1.5. 1.19-cu bənddə "Nazirlər Kabineti" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi" sözləri əlavə edilsin;
1.6. 4.4-cü bəndin birinci abzasının ikinci cümləsində "Təhsil Nazirliyi" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi" sözləri əlavə edilsin.
 
 Azərbaycan Respublikasının Baş naziri
Artur Rasi-zadə
 Bakı şəhəri, 4 iyun 2012-ci il
№ 127