• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsi haqqında” 10 aprel 2012-ci il tarixli, 2150 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər və görülmüş işlər haqqında məlumatı 25 noyabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinə təqdim etsinlər.
3. Təhsil Nazirliyinin Elm (G.Hüseynova) və Ali və orta ixtisas təhsili (İ.Mustafayev) şöbələri əmrdən irəli gələn məsələləri həll etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını təmin etsin və tədbirlər planı ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirsin.
5. Ümumi şöbə (X. Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Q. Novruzova həvalə olunsun. 
Əsas: Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2150 nömrəli Sərəncamı.
 
Misir   Mərdanov
Azərbaycan Respublikasının təhsil naziri
21 may 2011-ci il
№ 875

 
Əlavə: