• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tədbirlər planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli, 1938 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM
 
1.“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin, yerli təhsili idarəetmə orqanlarının və təhsil müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.
3. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planını çoxaldaraq yerlərə çatdırsın.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məlumat-informasiya məcmuəsində dərc olunmasını və tədbirlər planı ilə birlikdə nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Q. Novruzova həvalə olunsun.
 
 
Misir MƏRDANOV, 
Azərbaycan Respublikasının təhsil naziri 
14 may 2012-ci il
 
825

 
Əlavə