• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Elmin müxtəlif sahələrində əldə olunmuş nəticələri müzakirə etmək, habelə doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə
 
ƏMR EDİRƏM:
 
1.  Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransı   2012-ci ilin dekabr ayında Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilsin.
2.   Konfransın Təşkilat komitəsi yaradılsın (əlavə 1) və bölmələrə rəhbərlik edəcək alimlərin siyahısı təsdiq olunsun (əlavə 2).
3.  Ali təhsil müəssisələrinin rektorları:
3.1. Doktorantların və gənc tədqiqatçıların məruzə tezislərini 2012-ci il 15 oktyabr tarixinədək Təhsil Nazirliyinin Elm şöbəsinə təqdim etsinlər.
4.  Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:
4.1. Konfransın proqramının 2012-ci il 10 noyabr tarixinədək hazırlanmasını təmin etsin.
4.2. Konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.
5. Azərbaycan Memarlıq və İnşaat Universitetinin   rektoruna (G.Məmmədova) tapşırılsın:
5.1. Konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın.
5.2. Konfransın proqramının və məruzə tezislərinin nəşrini təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məlumat-informasiya məcmuəsində dərc olunmasını və Nazirliyin veb-saytında yerləşdirilməsini təmin etsin.
7.  Əmrin çoxaldılıb müvafiq yerlərə çatdırılması Ümumi şöbəyə (X.Fərəcov) tapşırılsın.
8.   Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
ƏSAS: Elm şöbəsinin iş planı.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
23 aprel 2012-ci il
№ 640

Əlavə: