SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
18 aprel 2012-ci il tarixli, 597 nömrəli əmrə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Əlavə təhsil müəssisələrindən Təhsil Nazirliyinə daxil olan ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqi mexanizminin yaradılmasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Əlavə təhsil müəssisələri tərəfindən təqdim olunan ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə icazə verilməsini həyata keçirmək üçün aşağıdakı tərkibdə komissiya yaradılsın:
| Aydın Kazımzadə | Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, komissiyanın sədri |
| İlham Mustafayev |
Ali və orta ixtisas təhsili şöbəsinin müdiri |
| Aydın Əhmədov | Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri |
| Fərzəli Qədirov | Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri |
| Təranə Hacıyeva | Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri |
| Şahrza Əliyev | İqtisadiyyat şöbəsinin müdiri |
| Faiq Şahbazlı | Dərslik və nəşriyyat şöbəsinin müdiri |
| Ağababa İbrahimov | Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri |
| Gültəkin Hüseynova | Elm şöbəsinin müdiri |
| İsmayıl Sadıqov | Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri |
| Namiq Məmmədov | Texniki peşə təhsili şöbəsinin müdiri |
| Nərminə Alnağıyeva | Məktəbəqədər təhsil sektorunun müdiri |
| Elvin Rüstəmov | TSİİL üzrə Əlaqələndirmə qrupunun direktoru |
| Samir Məmmədov | Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi |
| Məlahət Hacıyeva | De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin rəisi |
| Ənvər Abbasov | Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin direktoru |
| Rəsul Əsgərov | Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin direktoru |
| Zülfiyyə Veysova | Bakı Avropa Liseyinin direktoru |
| Məhəbbət Vəliyeva | Akademik Zərifə Əliyeva adına məktəbin direktoru |
| Gülşən Orucova | 6 nömrəli məktəb-liseyin direktoru |
2. İxtisasartirma təhsili proqramlarının müəyyənləşdirilmiş meyarlar əsasındaqiymətləndirilməsi və rəy verilməsi məqsədilə pedaqoji kadrların ayrı-ayrı kateqoriyaları üzrə ekspert qrupları yaradılsın (siyahı əlavə olunur).
Əsas: Təhsil Nazirliyinin 14 fevral 2013-cü il tarixli müşavirəsinin qərarı.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
25 fevral 2013-cü il
Azərbaycan Respublikasının təhsil naziri
25 fevral 2013-cü il
№305
Əlavələr: