• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Sabahın alimləri” Respublika Müsabiqəsinin yekunları haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin 12 oktyabr 2011-ci il tarixli, 1649 nömrəli əmrinə əsasən 23-24 fevral 2012-ci il tarixlərində İntel İSEF Beynəlxalq Müsabiqə çərçivəsində “Sabahın alimləri” Respublika Müsabiqəsi keçirilmişdir.
Müsabiqənin həmtəşkilatçıları və sponsorları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Mədəd” Təşkilatı və İntel korporasiyası olmuş, elmi dəstək isə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən verilmişdir.
Müsabiqədə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 18 ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri öz tədqiqat layihələri ilə iştirak etmişlər.
Müsabiqənin Münsiflər Heyəti 8 kateqoriya (riyaziyyat, fizika, kimya, biologiya, tibb, sağlamlıq və psixologiya, ekologiya, mühəndislik, kompyuter elmləri) üzrə şagird layihələrinin qiymətləndirilməsini həyata keçirmişdir. Münsiflər Heyətinin qərarına görə müxtəlif nominasiyalar üzrə I, II və III yerlərə 37 layihə, 57 şagird, o cümlədən I yerə 7 layihə 13 şagird, II yerə 13 layihə 17 şagird, III yerə 17 layihə 27 şagird layiq görülmüşdür. 
Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal, pul mükafatları və hədiyyələr təqdim edilmiş, yer tutmayan finalçılara isə müsabiqənin sertifikatları verilmişdir.
Qeyd olunanları nəzərə alaraq
 
ƏMR EDİRƏM:
 
23-24 fevral 2012-ci il tarixində İntel İSEF Beynəlxalq Müsabiqə çərçivəsində keçirilmiş “Sabahın alimləri” Respublika Müsabiqəsinin Münsiflər Heyəti tərəfindən seçilən qaliblərin siyahısı elan edilsin (əlavə olunur).
Nəzərə alınsın ki, 13-18 may tarixlərində ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak etmək üçün Münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri arasından aşağıda adları göstərilən şagirdlər seçilmişdir:
- Məmmədov Elxan Elşən oğlu, Akademik Z.Əliyeva adına məktəbin X sinif şagirdi;
- Məmmədov Orxan Elşən oğlu, Akademik Z.Əliyeva adına məktəbin X sinif şagirdi;
- Bayramov Arif Anar oğlu, BDU-nun nəzdində Gənc İstedadlar Liseyinin IX sinif şagirdi;
- Səfərəlizadə Mahirə Mayis qızı, BDU-nun nəzdində Gənc İstedadlar Liseyinin X sinif şagirdi;
- Həsənli Elçin Əlihəsən oğlu, Sumqayıt şəhəri İstedad liseyinin X sinif sinif şagirdi (müşahidəçi qismində).
3. Nəzərə alınsın ki, şagirdlərin və onları müşayiət edən nümayəndə heyəti üzvlərinin ezamiyyə xərcləri İntel Fondation tərəfindən ayrılan qrant hesabına ödəniləcəkdir.
4. Təhsil Nazirliyi Elm şöbəsinin müdiri, “Sabahın alimləri” Respublika müsabiqəsinin direktoru G.Hüseynovaya tapşırılsın:
4.1. İntel İSEF-ə göndərilən şagirdlərin layihələrinin ingilis dilində hazırlanmasına nəzarət etsin;
4.2. Şagirdləri ABŞ-a müşayiət edəcək nümayəndə heyəti barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim etsin;
4.2. İntel İSEF-in Təşkilat Komitəsinə müvafiq məlumatların göndərilməsini təmin etsin.
5. Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsi (T.Əliyeva) İntel İSEF-də iştirak edəcək şagirdlər üçün pasport alınmasına köməklik etsin.
6. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məlumat-informasiya məcmuəsində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
7. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılıb yerlərə göndərilməsini təşkil etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Münsiflər heyətinin iclaslarının protokolları, Elm şöbəsinin müdiri G.Hüseynovanın təqdimatı.
 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
13 mart 2012-ci il
№383