• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” 16 fevral 2012-ci il tarixli, 2051 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏ M:
 
1. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 130 illik  yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.
3. Müəssisələrin rəhbərlərinə Tядбирляр планынын ижрасыныn  tяmин еdiməsi və görülmüş işlər haqqında məlumatın 25 noyabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və  tədbirlər planının “Azərbaycan müəllimi”     qəzetində dərc olunmasını və Tədbirlər planı ilə birlikdə Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirməsini tяmин еtсин.
5. Ümumi şöbə (X.Fərəcov) əmr və Tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2012-ci il tarixli, 2051 nömrəli Sərəncamı.
 
Misir Mərdanov
Azərbaycan Respublikasının təhsil naziri
02 mart 2012-ci il
№354