• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında” 06 fevral 2012-ci il tarixli, 1979 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə
 
ƏMR  EDİRƏM:
 
1. Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti, Sosialist   Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları  laureatı Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 90 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və Nazirliyin birbaşa tabeliyində olan digər təhsil müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri “Azərbaycan müəllimi”     qəzetində dərc etdirsin və tədbirlər planı ilə birlikdə Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirsin.
4. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.
 
Misir Mərdanov
Azərbaycan Respublikasının təhsil naziri
01 mart 2012-ci il
№307