• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Pilot tədris proqramlarının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın icrası ilə bağlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Britaniya Şurasının rəhbərlik etdiyi konsorsium tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində icra edilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin və “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”–nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 77 nömrəli Qərarının icrasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM
 
1. İlk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlanması üçün “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi tərəfindən hazırlanmış “Aşpaz”, “Ofisiant”, “Barmen”, “Səyahət agenti” və “Otel resepsionisti (Mehmanxana inzibatçısı)” ixtisaslarının təhsil proqramları (kurikulumları) təsdiq edilsin (əlavə olunur).
2. Göstərilən ixtisaslar üzrə hazırlanmış kurikulumların pilot tətbiqi İsmayıllı Peşə Tədris Mərkəzində həyata keçirilsin.
3. Texniki-peşə təhsili şöbəsi (N.Məmmədov), Təhsil Problemləri İnstitutu (A.Mehrabov) göstərilən ixtisaslar üzrə təhsil proqramlarının (kurikulumların) tətbiqi ilə əlaqədar İsmayıllı Peşə Tədris Mərkəzinə əməli kömək göstərsinlər.
4. Texniki-peşə təhsili şöbəsi (N.Məmmədov) və İqtisadiyyat şöbəsi (Ş.Əliyev) əmrin icrasından irəli gələn məsələləri həll etsinlər.
5. İsmayıllı Peşə Tədris Mərkəzinin direktoruna tapşırılsın (Z.Muradov):
5.1. Rəhbərlik etdiyi müəssisədə yeni təhsil proqramlarının (kurikulumların) tətbiqini təmin etsin.
5.2. Əmrin icrası ilə əlaqədar rəhbərlik etdiyi təhsil müəssisəsində işçilər, təhsilalanlar və valideynlər arasında izahat işlərinin aparılmasını təmin etsin.
5.3. Dərs cədvəlinin pedaqoji prinsiplərə uyğun tərtib edilməsinə nail olsun.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində, “Sənətkar” jurnalında və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Texniki-peşə təhsili şöbəsinin müdiri N.Məmmədovun 14.12.2011-ci il tarixli, 19536 №-li təqdimatı.
 
Misir Mərdanov
Azərbaycan Respublikasının təhsil naziri 
06 fevral 2012-ci il
№ 164