• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli 1959 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının sxemi bu qərarın 1-17 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.
2. Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu qərarın 1-3-cü, 6-7-ci və 9-17-ci əlavələrinə əsasən müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 50 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 30 manat, 4-cü, 5-ci və 8-ci əlavələrinə əsasən isə müəyyən edilmiş vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 38 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 18 manat məbləğində əlavələr ödənilsin.
3. “Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 199 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1033; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 23 noyabr tarixli 189 nömrəli və 2011-ci il 24 noyabr tarixli 190 nömrəli qərarları) (3-6-cı bəndləri istisna olmaqla) ləğv edilsin.
4. Bu qərar 2011-ci il dekabrın 1-dən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Baş naziri
Artur Rasi-zadə
26 yanvar 2012-ci il
№ 20