• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Uşaqlar və müharibə” mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından iyirmi il keçir.
Öz miqyasına görə dünya və Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı haqqında gənc nəslə geniş məlumat vermək, torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olmuş insanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənə sədaqət və məhəbbət hissini gücləndirmək məqsədilə 
 
ƏMR EDİRƏM:
 
1. Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında “Uşaqlar və müharibə” mövzusunda respublika rəsm müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, şəhər, rayon təhsil şöbələrinin, idarələrinin müdirləri müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) təsdiq olunmuş əsasnaməyə uyğun olaraq müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar vəsaitin ayrılması ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və əsasnamə ilə birlikdə nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
7. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
19  yanvar 2012-ci il
№ 65

 
Əlavə: