• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Nazirliyi kollegiyasının “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın yerinə yetirilməsinin yekunları haqqında“ 03.12.2011-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın yerinə yetirilməsinin yekunları haqqında” məlumat və Nazirliyin kollegiyasının müvafiq qərarı nəzərə alınsın.
2. Həmin kollegiya qərarının 3-cü bəndinə uyğun olaraq hazırlanmış “2012-2013-cü illərdə istedadlı uşaq və gənclərlə iş sahəsində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı”təsdiq edilsin (əlavə olunur).
3. Nazirliyin müvafiq struktur bölmələrinə və tabe təşkilatlarının rəhbərlərinə tapşırılsın ki, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsini təmin etmək üçün davamlı olaraq sistemli iş aparsınlar.
4. Fəaliyyət Planının yerinə yetirilməsi üzrə icraçı qurumların işinin əlaqələndirilməsi Aparatın rəhbəri İ.Pirməmmədova həvalə olunsun.
5. Ümumi şöbə (X.Fərəcov) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerli təhsil orqanlarına və müvafiq tabe təşkilatlara göndərilməsini təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavəsi ilə “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
7.  Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
22 dekabr 2011-ci il
№ 2154

 
Əlavə: