• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Respublika ekoloji müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

2011-ci ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən “Turizm ili” və BMT tərəfindən beynəlxalq “Meşə ili” elan edilməsi ilə əlaqədar olaraq meşələrin qorunması və davamlı istifadəsi sahəsində məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Respublika ümumtəhsil məktəbləri şagirdləri arasında “Meşələri qoruyaq” mövzusunda Respublika ekoloji müsabiqəsi keçirilsin.
2. Respublika müsabiqəsinin əsasnaməsi və təşkilat komitəsi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil idarəsinin və Gəncə şəhər Təhsil idarələrinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri müsabiqənin əsasnaməsinin tələblərinə uyğun icranı təmin etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A. İbrahimov) müsabiqənin təşkili ilə əlaqədar lazımi təşkilati işləri həyata keçirsin.
5. Müsabiqə qaliblərinin mükafatlandırılması və diplomların hazırlanması ilə bağlı xərclərin ödənilməsi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzinin 2011-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc yarımmaddələrində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B. Hüseynzadə) əmrin və əlavələrin “Azərbaycan müəllimi” qəzetində və nazirliyin veb səhifəsində dərc olunmasını təmin etsin.
7. Ümumi şöbə (X. Fərəcov) əmr və əlavələrin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə edilsin.
 
 
Misir MƏRDANOV 
Azərbaycan Respublikasının təhsil naziri
25 noyabr 2011-ci il
№1859

 
Əlavə