• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 15-ci bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin: [1]

 

"Kollegiyanın sədri:

Cabbarov Mikayıl Çingiz oğlu    — Azərbaycan Respublikasının təhsil naziri

 

"Kollegiyanın üzvləri:

Bayramov Ceyhun Əziz oğlu    — Azərbaycan Respublikası təhsil nazirinin müavini

Qurbanov Firudin İsa oğlu    — Azərbaycan Respublikası təhsil nazirinin müavini

Qəribov Məmməd Abdulla oğlu[2] — Naxçıvan Muxtar Respublikasının təhsil naziri

Eynullayev Mətin Balasən oğlu    — Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri.

 

2. “Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 144 nömrəli qərarı (2-ci bəndi istisna olmaqla) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 144 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında” 2001-ci il 25 may tarixli 102 nömrəli, “Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 144 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2002-ci il 4 mart tarixli 37 nömrəli, “Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 144 nömrəli qərarına dəyişiklik edilməsi haqqında” 2005-ci il 9 noyabr tarixli 202 nömrəli, “Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 144 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2006-cı il 6 iyun tarixli 138 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Artur Rasi-zadə,
 Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 12 mart 2007-ci il
№ 49