SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə II Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
İlk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin ifa mədəniyyətlərini yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının səsləndirilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaq, xüsusi istedada malik gəncləri üzə çıxarmaq məqsədilə
ƏMR EDİRƏM
1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə II Respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) və Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsinlər.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsini təmin etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və əlavələrlə birlikdə nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
6. Ümumi şöbə (X.Fərəcov) əmr və əlavələrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV
Azərbaycan Respublikasının təhsil naziri
24 oktyabr 2011-ci il
24 oktyabr 2011-ci il
№1696
Əlavələr:
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89- cu ildönümü münasibətilə ilk peşə - ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə II Respublika müsabiqəsinin Əsasnaməsi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ilk peşə - ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə II Respublika müsabiqəsinin Təşkilat komitəsi