SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Uşaq və yeniyetmələrin yaradıcılıq potensialının üzə çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkil olunması məqsədilə
ƏMR EDİRƏM
1. Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin Respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin Əsasnaməsi və Təşkilat Komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsilİdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.
4.Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənıin yerlərdə təşkili və keçirilməsinə əməli köməklik göstərsin.
5.Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2011-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçirilsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və əmri əsasnamə ilə birlikdə nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
7. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə edilsin.
Əsas: Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin 2011-ci il üçün illik fəaliyyət planı.
Misir MƏRDANOV
Azərbaycan Respublikasının təhsil naziri
24 oktyabr 2011-ci il
24 oktyabr 2011-ci il
№1697
Əlavələr
Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsinin Əsasnaməsi