• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ifa üzrə respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ifa mədəniyyətlərini yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının səsləndirilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaq, xüsusi istedada malik gəncləri üzə çıxarmaq məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ifa üzrə respublika  müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) və Ali və orta ixtisas  təhsili şöbəsi (İ.Mustafayev) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsinlər.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsini təmin etsin.  
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və əlavələrlə birlikdə nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
6. Ümumi şöbə (X.Fərəcov) əmr və əlavələrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun. 
 
Misir MƏRDANOV 
Azərbaycan Respublikasının təhsil naziri
24 oktyabr 2011-ci il
№1698

 
  
Əlavələr: