• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə

 Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 05 may 2009-cu il tarixli, 260 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən müvafiq işlər görülür.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, respublikamızda şahmat idman növünün daha da inkişaf etdirilməsi, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi, şahmatın kütləviliyinə nail olunması məqsədilə 2012-ci ildən başlayaraq rayon və şəhərlərdə seçilmiş bir ümumtəhsil məktəbində şahmat dərslərinin tədris olunması nəzərdə tutulur.
Bununla əlaqədar, tabeliyinizdə olan ümumi təhsil məktəblərində işləyən fiziki tərbiyə müəllimləri və şahmat üzrə idman dərəcəsi olan fənn müəllimləri haqqında məlumatları 10 gün müddətinə təqdim edilən cədvəllərə uyğun (elektron versiyası ilə birlikdə) nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinə təqdim edilməsini təmin etmək sizə tapşırılır.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
 24 oktyabr 2011-ci il
№ 46-20-9075/16