• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İnşa yazı müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında" 1 iyun 2010-cu il tarixli, 941 nömrəli Sərəncamının icrası ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq  
 
ƏMR EDİRƏM:
 
1. 2012-ci il yanvar-fevral ayları ərzində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə "Böyük Azərbaycan şairi M.Ə.Sabir haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi keçirilsin.
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, nazirlik nəzdindəki ümumi təhsil müəssisələrinin direktorları inşa müsabiqəsinin mütəşəkkil və yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə müvafiq işçi qrupu yaratsınlar, müsabiqənin rayon (şəhər) mərhələsinin qaliblərinin inşa yazılarını və onlar haqqında məlumatı (Naxçıvan MR və Bakı şəhərindən 5 (beş) nəfər, Gəncə şəhərindən 2 (iki) nəfər, digər rayon  və şəhərlərin, nazirlik nəzdindəki ümumi təhsil müəssisələrinin hər birindən 1 (bir) nəfər) 2012-ci il martın 10-dək Təhsil Nazirliyinə göndərsinlər.
3. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) yerlərdən daxil olan inşa yazıların yoxlanması və müsabiqənin ölkə üzrə qaliblərinin obyektiv seçilməsi məqsədilə mütəxəssislərdən ibarət müsabiqə komissiyası təşkil etsinlər, yekun nəticələr barədə rəhbərliyə hesabat hazırlasınlar.
4. Müsabiqənin ölkə üzrə qalibləri üçün aşağıdakı qaydada kvota müəyyən olunsun:
I yer - 5 nəfər
II yer - 10 nəfər
III yer - 20 nəfər
5. Müsabiqə qalibləri tutduqları yerlərə görə müvafiq dərəcəli diplomlarla təltif edilsinlər.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
4 oktyabr 2011-ci il