SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7.09.2011-ci il tarixli, 143 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 sentyabr 2011-ci il tarixli, 143 nömrəli qərarını elan edirəm:
“Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRAR № 143
Bakı şəhəri, 7 sentyabr 2011-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №12, maddə 1117) ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nın "Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə" bölməsinə aşağıdakı redaksiyada 26-cı və 27-ci hissələr əlavə edilsin:
| 26. | Qərb Universiteti | fəlsəfə doktoru üzrə | - |
| 27. | Azərbaycan Dövlət Neft Akademiyasının nəzdindəki "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi-Tədqiqat İnstitutu | fəlsəfə doktoru üzrə | elmlər doktoru üzrə |
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Artur Rasi-zadə
Qərarın icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 sentyabr 2011-ci il tarixli, 143 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
2. Təhsil Nazirliyinin Elm (G.Hüseynova) və İqtisadiyyat şöbələri bu əmrdən irəli gələn məsələləri həll etsin.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.Hüseynovaya həvalə edilsin.
Misir Mərdanov
Azərbaycan Respublikasının təhsil naziri
09 sentyabr 2011-ci il
09 sentyabr 2011-ci il