• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin "Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında" 2011-ci il 19 iyul tarixli, 1642 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Milli ədəbi-estetik fikrin inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, akademik Mirzə Əjdər oğlu İbrahimovun 100 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR təhsil naziri, şəhər, rayon təhsil idarələrinin, şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan     müəllimi" qəzetində dərc olunmasını  və nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini təşkil etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.  
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 avqust 2011-ci il