• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrinin 2011-ci il üçün şagird qəbulu və buraxılış planları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasında bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı  sifarişlərini, həmçinin Nazirlər Kabinetinin 27.06.2002-ci il tarixli 679 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə təhsili sahəsində ixtisas və ixtisaslaşma klassifikatoru”na uyğun olaraq ilk peşə-ixtisas təhsili müəssisələrinin müvafiq peşələr üzrə kadrlara olan tələbatını nəzərə alaraq
 
ƏMR   EDİRƏM :
 
1. 2011-ci il üçün ayrı-ayrı ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbulu planı ümumilikdə 16895 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 14190 nəfər, ödənişli əsaslarla 2705 nəfər, buraxılış planı 14468 nəfər, o cümlədən ödənişli əsaslarla 1793 nəfər olmaqla təsdiq edilsin (şagird qəbul planı əlavə olunur).
 
2. Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (24, 126, 131, 144, 72 nömrəli texniki peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılsın.
 
3. İqtisadiyyat şöbəsi  (Ş.Əliyev), Texniki-peşə təhsili şöbəsi (N.Məmmədov) ilk peşə-ixtisas təhsili müəssisələri üzrə təsdiq edilmiş şagird qəbulu planı daxilində ayrı-ayrı peşələr üzrə şagird qəbulunun planlaşdırılmasını və bu zaman aşağıdakı meyarların əsas kimi götürülməsini, habelə təhsil bazasının müəyyənləşdirilməsini və bu barədə məlumatların müvafiq təhsil müəssisələrinin nəzərinə çatdırılmasını təmin etsinlər:
3.1. Ümumtəhsil fənlərindən buraxılış imtahanlarında müvəffəqiyyət səviyyəsi 50%-dən aşağı olan ilk peşə-ixtisas təhsili müəssisələrində ümumi orta təhsil bazası üzrə 3 illik təhsil qruplarının azaldılması;
3.2. Məzunların məşğulluq səviyyəsi 60%-dən yuxarı olmayan ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planının artırılmaması;
 
4. Peşələr üzrə şagird qəbulu planında dəyişiklik edilməsi zərurəti yarandıqda, bu məsələ təsdiq edilmiş ümumi qəbul planı daxilində həll edilsin.
 
5. Aidiyyəti ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılsın:
5.1. Şagird qəbulu planının sentyabr ayının 15-nə qədər yerinə yetirilməsini təmin etsinlər.
5.2. Şagird qəbulu və buraxılışına dair statistik hesabatları müəyyən edilmiş müddətlərdə nazirliyə təqdim etsinlər.
 
6. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Gəncə şəhər Təhsil İdarəsi və digər bütün rayon (şəhər) təhsil şöbələri ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu ilə bağlı lazımi köməklik göstərsinlər.
 
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan Müəllimi” qəzetində və “Sənətkar” jurnalında dərc edilməsini təmin etsin.
 
8. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.
 
Əsas :  Azərbaycan   Respublikası Nazirlər Kabinetinin 22.06.2011-cu il tarixli 17/17/1854-11 nömrəli  məktubu. 
 
Misir  MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
15 iyul 2011-ci il

Əlavə: