SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 sentyabr tarixli 166 nömrəli qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
"Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 aprel tarixli 1475 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1 "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 sentyabr tarixli 166 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 832) 2 nömrəli əlavə - "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli" aşağıdakı redaksiyada verilsin:
"
| Əməyin ödənilməsi dərəcələri |
Aylıq tarif (vəzifə) maaşı(manatla) |
| 1 | 120 |
| 2 | 125 |
| 3 | 130 |
| 4 | 135 |
| 5 | 140 |
| 6 | 145 |
| 7 | 150 |
| 8 | 160 |
| 9 | 170 |
| 10 | 180 |
| 11 | 190 |
| 12 | 200 |
| 13 | 210 |
| 14 | 230 |
| 15 | 250 |
| 16 | 290 |
| 17 | 370 |
| 18 | 450 |
| 19 | 680 |
"
2. Bu qərar 2011-ci il mayın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 5 iyul 2011-ci il
№ 107