SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında “Azərbaycan haqqında nə bilirəm” mövzusunda II Respublika müsabiqənin keçirilməsi haqqında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı
| Azərbaycan Respublikası Təhsil Nazirliyi |
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi |
Ölkəmiz, onun təhsili, mədəniyyəti, incəsənəti, musiqisi haqqında Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqlarında daha dolğun təsəvvür yaratmaq, onları ölkəmizin ictimai həyatında fəal iştiraka cəlb etmək məqsədilə
QƏRARA ALIR
1. Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında “Azərbaycan haqqında nə bilirəm” mövzusunda inşa, şeir, rəsm, rəqs, mahnı, musiqi alətlərində ifa və müxtəlif əl işləri nominasiyaları üzrə II Respublika müsabiqəsi keçirilsin.
2. Bu müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Xarici İşlər Nazirliyinin birgə tədbiri sayılsın.
3. Müsabiqənin təşkili və keçirilməsi üzrə əsasnamə (əlavə 1) təsdiq edilsin.
4. Müsabiqə ilə bağlı məlumatlar təşkilatçılar tərəfindən kütləvi informasiya vasitələrində müntəzəm işıqlandırılsın.
5. Xarici İşlər Nazirliyi müsabiqə ilə bağlı Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərini və beynəlxalq təşkilatların nümayəndəliklərini məlumatlandırsın.
6. Müsabiqə qaliblərinə diplomlar, hədiyyələr və digər sertifikatlar Təhsil Nazirliyi tərəfindən verilsin. Digər iştirakçılara təşkilatçılar tərəfindən Azərbaycanla bağlı xatirə hədiyyəsi (suvenir, CD, kitab və s.) verilsin.
7. Qərarın icrasına nəzarət təhsil nazirinin müavini E.Qasımova həvalə edilsin.
| Azərbaycan Respublikasının təhsil naziri: M. Mərdanov |
Azərbaycan Respublikasının xarici işlər naziri: E.Məmmədyarov |
Bakı şəhəri,
06.08, 2011-cu il
Əlavə: