• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ümumi təhsil məktəbləri məzunlarının tam orta təhsil səviyyəsi üzrə gümüş medalla təltif edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2010/11-ci dərs ilində respublikanın ümumi təhsil məktəblərində tam orta təhsil səviyyəsi üzrə keçirilmiş yoxlama və buraxılış imtahanlarında ana dili və riyaziyyat fənləri istisna olmaqla ən çoxu iki fəndən "4" (yaxşı) qiymətlər almış, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarında 500-dən çox bal toplamış, həmçinin respublika və beynəlxalq səviyyəli bilik yarışlarında yer tutaraq buraxılış imtahanlarından azad edilmiş adları aşağıda qeyd olunan XI sinif məzunlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2010-cu il tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"nın 6-cı bəndinə əsasən gümüş medalla təltif edilməsi ilə əlaqədar olaraq  
 
ƏMR EDİRƏM:
 
1. Adları aşağıda qeyd olunan XI sinif məzunları gümüş medalla təltif olunsunlar: 

 
1. Əhmədli Orxan Pənah oğlu  Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya
2. Əlirzayeva Hafizə Ramiz qızı Bakı Avropa Liseyi 
3. Məmmədova Gülay Rauf qızı Bakı Avropa Liseyi
4. İmanlı Cavid Oruc oğlu Bakı şəhəri üzrə 23 nömrəli tam orta məktəb
5. Kərimli Xumar Məhəmməd qızı Ağcabədi şəhər 3 nömrəli tam orta məktəb
6. Əsədzadə Arzu Balaca qızı Bakı şəhəri üzrə 179 nömrəli tam orta məktəb  
7. Məmmədov Cavid Oqtayedr oğlu Bakı şəhəri üzrə 179 nömrəli tam orta məktəb
8. Məmmədli Aytəkin Bəxtiyar qızı Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi 
9. Kazımov Şəmsi Nəsimi oğlu Qusar şəhər 6 nömrəli tam orta məktəb
10. Tahirov Rəşid Elşən oğlu Quba şəhər 3 nömrəli tam orta məktəb
11. Ağazadə Leyla Gülağa qızı Sabirabad şəhər Z.Hacıyev adına 7 nömrəli tam orta məktəb
12. Həyat Müseyib İlham oğlu 132-134 nömrəli Təhsil Kompleksi 
13. Marfina Yelena Vladimir qızı İsmayıllı rayonu H.Əliyev adına İvanovka kənd tam orta məktəbi
14. Yusifova Nərmin Anar qızı Bakı şəhəri üzrə 23 nömrəli tam orta məktəb
15. Alışlı İlqar Alış oğlu Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
16. Şirin Könül Rafael qızı "XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" 


                 
2. Gümüş medala layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılsın. 

 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
20 iyun 2011-ci il