• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq
 
QƏRARA ALIRAM:
 
1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 824; 2009, № 11, maddə 886; 2010, № 2, maddələr 78, 80, № 7, maddə 610) ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin: 
1.1. “İxtisarlar” bölməsində “AQUPDK” akronimindən sonra “AHİK - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası”, “ARPTK” akronimindən sonra “AS(İ)TMK - Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası” sözləri əlavə edilsin. 
1.2. 2 nömrəli Əlavə üzrə:
1.2.1. aşağıdakı məzmunda 1-1-ci bənd əlavə edilsin:

 
1-1.Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı 2011-2013

müvafiq dövlət orqanları


1.2.2. “Enerji təminatı” hissəsindən sonra aşağıdakı məzmunda “İqtisadiyyatın inkişafı” hissəsi əlavə edilsin: 
 
İqtisadiyyatın inkişafı
 3-1. Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı 2010 - 2014  NN
3-2. Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı

2010 - 2014

 

MdTN
3-3. Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı 2009 - 2013 RİTN
3-4. Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı 2008 -2015 KTN, İİN

1.2.3.   aşağıdakı məzmunda 9-1-ci bənd əlavə edilsin:

9-1. Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı

2009 -2015

DSMF
 
1.2.4.   aşağıdakı məzmunda 17-1-ci bənd əlavə edilsin:

17-1. Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı 2009 -2018 SN
 
1.2.5.   aşağıdakı məzmunda 24-1-ci bənd əlavə edilsin:

 

24-1. Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı

2009 -2013

TN
 
1.2.6. “Təhsil” hissəsindən sonra aşağıdakı məzmunda “Elm və mədəniyyət” hissəsi əlavə edilsin:
 
   Elm və mədəniyyət
24-2. Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya və Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı

2009 - 2015

 

AMEA

 

24-3. Azərbaycan teatrı Dövlət Proqramı 2009 - 2019 MdTN
24-4. Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı  2009 - 2014 GİN
24-5. Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı 2008 -2018 MdTN

1.2.7.   aşağıdakı məzmunda 36-1-ci və 36-2-ci bəndlər əlavə edilsin:

 

36-1. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı (Elektron Azərbaycan)

2010-2012

 

RİTN
36-2. Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramı 2008 -2013 MdTN

1.2.8.   aşağıdakı məzmunda 38-ci və 39-cu bəndlər əlavə edilsin: 

 

38. Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramı 2009 -2013

ƏN

39. Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafına dair Dövlət Proqramı

2011 -2020

QKDK