• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Respublikanın ümumtəhsil məktəblərində ənənəvi “Son zəng ” tədbirinin mütəşəkkil və səmərəli keçirilməsini təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM :
 
1. “Son zəng” tədbiri 31 may 2011-ci il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız müəssisənin ərazisində keçirilsin.
2. Ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirakı təmin edilsin.
3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri vaxtında başa çatdırsınlar, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görsünlər, bu tədbiri məzunların həyatında yaddaqalan əlamətdar hadisəyə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olsunlar.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
 5. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
 
 
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
20 may 2011-ci il
№ 868