• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəblilərin 2010/2011-ci dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2010/2011-ci dərs ilində məktəblilərin fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, bu işi daha da təkmilləşdirmək, istedadlı şagirdləri üzrə çıxarmaq, onların yaradıcılıq potensiallarını inkişaf etdirmək sahəsində məqsədyönlü işlər görülmüşdür.
Görkəmli alim-pedaqoqlardan ibarət respublika münsiflər heyətləri yaradılmış, xərclər smetası tutulmuş, fənlərüzrə olimpiada materialları hazırlanmış, hərüç turda qaliblərin müəyyənləşdirilməsində obyektivlik təmin edilmişdir.
Məktəblilərin fənn olimpiadaları mövcud qaydalara uyğun olaraq, 3 mərhələdə təşkil olunmuşdur. Olimpiadaların 1-ci rayon (şəhər) mərhələsi 2010-cu ilin dekabrında, 2-ci rayon (şəhər) mərhələsi 2011-ci ilin yanvarında, respublika mərhələsi isə 2011-ci ilin mart ayında keçirilmişdir.
Respublika üzrə 347.052 nəfər IX-XI sinif şagirdindən 29.322 nəfəri (8,4 %) 1-ci turda, 11.123 nəfəri (3,2%) 2-ci turda, 1.132 nəfəri (0,3%) respublika turunda iştirak etmişdir.
Fənlərüzrə respublika turunda iştirak edənlərin və qaliblərin (mükafatçıların) sayı aşağıdakı kimi olmuşdur:

Fənlər İştirakçıların sayı Qaliblərin sayı
Cəmi I II III IV
1. Azərbaycan dili və ədəbiyyat 233 91 (39%) 4 9 12 66
2. Azərbaycan tarixi 214 53 (24,8%) 3 8 11 31
3. Riyaziyyat 168 58 (34,5%) 4 7 12 35
4. Fizika 121 31 (25,6%) 4 2 8 17
5. Kimya 142 56 (39,4%) 7 8 11 30
6. Biologiya 216 85 (39,4%) 4 3 6 72
7. İnformatika 38 17 (44,7%) 4 3 5 5

Cəmi:

1132 391 (34,5%) 30 40 65 256

Sabirabad rayonu N.Gəncəvi adına şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Aslanlı Emil Əflan oğlu Azərbaycan dili və ədəbiyyat fənnindən IX sinif şagirdləri ilə birgə iştirak etmiş və yüksək nəticə göstərərək II yeri tutmuşdur.
Olimpiadanın yekun turunda Naxçıvan Muxtar Respublikasının, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, İsmayıllı, Şəmkir, Tovuz, Qusar, Balakən, Zaqatala, Kürdəmir, Neftçala, Cəlilabad, Qazax, Yardımlı, Quba, Şəki, Hacıqabul, Xaçmaz, Siyəzən, Ağdaş, İmişli rayonlarının şagirdləri daha fəal iştirak etmişlər.
Əvvəlki illərdə olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Türk Özəl liseylərinin şagirdləri daha yaxşı nəticə göstərmişlər. 7 fənn üzrə I yer tutmuş 30 nəfərdən 11-i (37%) bu liseylərin şagirdləridir.
Nazirlik nəzdindəki HeydərƏliyev adına liseyin, Akademik Zərifə Əliyeva adına tam orta məktəbin, Bakı Avropa Liseyinin, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, 6 nömrəli məktəb-liseyin, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziyanın, “Zəngi” liseyinin, “Elitar” gimnaziyanın, “Tərəqqi” liseyinin, 132-134 nömrəli təhsil kompleksinin, Kimya-biologiya təmayüllü liseyin şagirdləri də yekun turunda yaxşı nəticələr göstərmişlər. 
Naxçıvan MR üzrə Naxçıvan şəhəri 705 nömrəli hərbi hissə tam orta məktəbinin, Naxçıvan şəhəri Heydər Əliyev adına, 2, 8 və 12 nömrəli, Şərur rayonu şəhər 1 nömrəli, Muğanlı kənd, Babək rayonu Məmmədrza Dizə və Didivar kənd, Şahbuz rayonu Kükü kənd, Kəngərli rayonu Qarabağlar kənd 2 nömrəli tam orta məktəblərinin şagirdlərinin olimpiada nəticələri də qənaətbəxş olmuşdur.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri daha yaxşı nəticə göstərmişlər. Belə ki, 9 iştirakçıdan 8-i (1 nəfər I, 2 nəfər II, 1 nəfər III, 4 nəfər IV yer) mükafata layiq yer tutmuşdur.
Fənn olimpiadalarının yekun turunda BDU-nun “Gənc istedadlar” liseyinin,  Bakı şəhəri 26, 27, 35, 47, 83, 102, 110, 114, 142, 152, 157, 171, 237, 238, 240, 283 nömrəli tam orta məktəblərin, Bağça-məktəb-lisey kompleksinin, 287 nömrəli “Zəkalar” liseyinin, Gəncəşəhəri Xarici dillər təmayüllü gimnaziyanın, 21 nömrəli tam orta məktəbin, Sumqayıt şəhəri 12 və 34 nömrəli tam orta məktəblərin, Texniki və təbiət elmləri təmayüllü liseyin, Təbiət elmləri təmayüllü gimnaziyanın, “İstedad” liseyinin, Zaqatala rayonu Akademik ZərifəƏliyeva adına liseyin, Humanitar fənlər təmayüllü gimnaziyanın, Bəhmənli kənd tam orta məktəbinin, Neftçala rayonu Bankə qəsəbə 2 nömrəli, Qədimkənd və Qırmızıkənd kənd, İsmayıllı rayonu şəhər 1 nömrəli, Qoşakənd kənd, Kürdəmir rayonu şəhər 1 və 3 nömrəli, Qazax rayonu şəhər 3 nömrəli, Tovuz rayonu Azaplı kənd, Qusar rayonu şəhər 3 nömrəli, Sabirabad rayonu şəhər 5 nömrəli, Şabran rayonu Çölquşçu kənd, Yardımlı rayonu Bozayran kənd, Ağcabədi rayonu şəhər 3 nömrəli, Cəlilabad rayonu şəhər 3 nömrəli, Qobustan rayonu Sündü kənd, Hacıqabul rayonu Qarasu kənd, Tərtər rayonu şəhər 3 nömrəli, Şəmkir rayonu Tatarlı kənd tam orta məktəblərinin, Xaçmaz rayonu Akademik ZərifəƏliyeva adına 8 nömrəli məktəb-liseyin, Balakən rayonu Humanitar və texniki təmayüllü liseyin şagirdləri də xüsusi fəallığı ilə seçilmiş, mükafata layiq yerlər tutmuşlar.
I-III yerlərin qalibləri xüsusi diplom və hədiyyələrlə, həvəsləndirici IV yeri tutanlar isə Nazirliyin tərifnaməsi ilə mükafatlandırılmışlar.
Fənn olimpiadalarının təşkili və keçirilməsi sahəsində Astara, Ağsu, Saatlı, Samux, Ağstafa, Qubadlı, Xocavənd, Ağdam,  Xocalı, Laçın, Daşkəsən, Xızı, Zəngilan, Füzuli rayonlarının, Naftalan şəhərinin şagirdləri zəif nəticələr göstərmişlər. Həmin şəhər və rayonların təhsil şöbələrinin və ümumtəhsil məktəblərinin rəhbərləri istedadlı uşaqların üzə çıxarılaraq onların fənn olimpiadalarına cəlbi sahəsində lazımi məqsədyönlü tədbirlər həyata keçirməmişlər.
Rayon (şəhər) mərhələlərində seçimin qeyri-obyektiv aparılmasının nəticəsidir ki, Azərbaycan dili və ədəbiyyat fənnindən Şamaxı, Tərtər rayonlarının, riyaziyyat fənnindən Laçın, Zəngilan, Ağdaş, Samux, Yevlax, Ağcabədi, Biləsuvar, Göyçay, Şamaxı, Yardımlı, Goranboy, Şəki, Oğuz, Lənkəran, Xızı, Kəlbəcər rayonlarının, fizika fənnindən Mingəçevir vəŞirvan şəhərlərinin, Füzuli, Ağcabədi, Ağsu, Göygöl, Tərtər, Şamaxı, Ağdam, Ağdaş, Samux, Lerik, Şərur, Babək, Culfa rayonlarının, kimya fənnindən Lerik, Zəngilan, Gədəbəy, Samux, Biləsuvar, Masallı, Şəki rayonlarının şagirdləri respublika mərhələsində zəif (1-10 bal) nəticə göstərmişlər.
İstedadlı uşaqlarla işin təşkilinə laqeyd münasibət bəsləndiyindən Ağstafa, Beyləqan, Qobustan, Daşkəsən, Zəngilan, Kəlbəcər, Goranboy, Laçın, Füzuli, Xocavənd, Şabran, Siyəzən rayonlarından fizika, riyaziyyat və kimyadan, Neftçala vəŞabran rayonlarından isə riyaziyyatdan son illərdə olimpiadaların yekun turunda iştirakçışagird olmamışdır.
Qeyd olunanları nəzərə alaraq
 
ƏMR EDİRƏM:
 
1. «Məktəblilərin 2010/2011-ci dərs ilində fənn olimpiadalarının nəticələri haqqında» münsiflər heyəti sədrlərinin təqdim etdikləri protokollar, həmçinin olimpiada qaliblərinin Təhsil Nazirliyi tərəfindən diplomlar və tərifnamələrlə təltif olunmaları nəzərə alınsın.
2. Fənn olimpiadalarının təşkili və keçirilməsində Naxçıvan MR Təhsil Nazirliyinin, BDU-nun “Gənc istedadlar” liseyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, Sumqayıt şəhər, İsmayıllı, Şəmkir, Tovuz, Qusar, Balakən, Zaqatala, Kürdəmir, Neftçala, Cəlilabad, Qazax, Yardımlı, Quba, Şəki, Hacıqabul, Xaçmaz, Siyəzən, Ağdaş, İmişli rayon təhsil şöbələrinin, respublikada fəaliyyət göstərən «Çağ» Öyrətim İşlətmələri Şirkətləri Azərbaycan Türk Özəl liseylərinin və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müsbət işləri qeyd edilsin.
3. Şamaxı, Lənkəran,   Ağstafa, Goranboy, Samux, Daşkəsən, Ağdam, Füzuli, Laçın,  Qubadlı, Xocavənd,  Zəngilan rayon, Naftalan şəhər təhsil şöbələrinin fənn olimpiadalarına hazırlıq sahəsində lazımi əməli tədbirlər həyata keçirmədikləri həmin rayon (şəhər) təhsil şöbə müdirlərinin nəzərlərinə çatdırılsın.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) şagirdlərin fənn olimpiadalarına hazırlığında səmərəli fəaliyyət göstərmiş və 2011-ci ildə keçirilən olimpiadalarda şagirdləri I dərəcəli diploma layiq görülmüş müəllimlərin hər birinin 150 (yüz əlli), olimpiadaların keçirilməsi, materialların hazırlanması, işlərin yoxlanılması və yerlərin müəyyənləşdirilməsində xüsusi əmək sərf edən respublika münsiflər heyəti sədrlərinin hər birinin 140 (yüz qırx), məsul katiblərin hər birinin 100 (yüz), üzvlərin hər birinin 70 (yetmiş) manat pul mükafatı ilə mükafatlandırılmasını təmin etsin.
5. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, bütün rayon (şəhər) təhsilşöbələri, Nazirlik nəzdindəki lisey və gimnaziyaların direktorları:
5.1 Əmrin məzmununu təhsil müəssisələrinin pedaqoji kollektivlərinə çatdırsınlar, istedadlı şagirdlərin aşkar olunmasına, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsinə, olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunmalarına diqqəti  artırsınlar.
5.2 «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)»na uyğun çap olunmuş “Elementar riyaziyyatın əlavə fəsilləri və olimpiadalar I kitab”, “Elementar riyaziyyatın əlavə fəsilləri və olimpiadalar II kitab”, «Riyaziyyatdan olimpiada iştirakçılarıüçün 200 variant», “Kimyadan olimpiada məsələləri”, «Uşaqlarda istedadın müəyyənləşdirilməsi və inkişaf etdirilməsi» və digər ədəbiyyatlardan səmərəli istifadəni təmin etsinlər.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Azərbaycan müəllimi» qəzetində və «Təhsil xəbərləri» məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.
 
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
18 may 2011-ci il
№ 827