• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tələbələrin XXII Respublika elmi konfransı və konfrans çərçivəsində müsabiqənin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 9.21 bəndini rəhbər tutaraq ali təhsil sistemində yüksək ixtisaslı mütəxəssis hazırlığı keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədi ilə
 
ƏMR EDİRƏM:
 
1. Tələbələrin XXII Respublika elmi konfransı (bundan sonra – konfrans) və konfrans çərçivəsində müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2011-ci ilin noyabr ayında keçirilsin.
3. Konfrans və müsabiqə Bakı Slavyan Universitetinin bazasında keçirilsin.
4. Bakı Slavyan Universitetinin rektoruna (K.Abdullayev) konfrans və müsabiqənin keçirilməsi üçün müvafiq şəraitin yaradılması tapşırılsın.
5. Ali təhsil müəssisələrinin rektorlarına konfransda iştirak etmək istəyən tələbələrin siyahısının, onların məruzə tezislərinin və konfrans iştirakçıları tərəfindən doldurulmuş “anket”in 2011-ci ilin 1 oktyabr tarixinə qədər Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın.
6. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:
6.1. Bölmə sədrləri və ekspertlər haqqında təkliflər hazırlayıb 2011-ci ilin 15 oktyabr tarixinə qədər nazirliyin rəhbərliyinə təqdim etsin.
6.2. İqtisadiyyat söbəsi (Ş.Əliyev) ilə birlikdə müsabiqənin xərclər smetasını hazırlayıb 2011-ci ilin 25 may tarixinədək nazirliyin rəhbərliyinə təqdim etsin.
7. Əmrin çoxaldılıb yerlərə çatdırılması Ümumi şöbəyə tapşırılsın.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Аzərbaycan müəllimi» qəzetində və «Təhsil xəbərləri» məlumat-informasiya məcmuəsində dərc olunmasını və nazirliyin veb-saytında yerləşdirilməsini təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə edilsin.
Əsas: Elm şöbəsinin iş planı.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
4 may 2011-ci il
№ 745