• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutlarının maddi-texniki bazasının daha da gücləndirilməsini və mövcud kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədi ilə
 
QƏRARA ALIRAM:

1. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasının yeni binasının 2011-2013-cü illərdə “Akademiya şəhərciyi” ərazisində (Hüseyn Cavid prospekti, 31) tikilməsi təmin olunsun.
2. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə “Xəzər Elmi Tədqiqat Mərkəzi”nin yaradılması ilə bağlı təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti neft-kimya yönümlü institutların zəruri avadanlıqlarla təchiz edilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya şəhərciyi” ərazisində yerləşən Fizika və Geologiya institutlarının, eləcə də Sumqayıt şəhərində yerləşən Polimer Materialları İnstitutunun binalarının əsaslı təmiri 2011-2012-ci illərdə həyata keçirilsin.
5. Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya şəhərciyi” ərazisindəki qeyri-akademik qurumların köçürülməsini təmin etsinlər.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 aprel 2011-ci il.