SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri
Elmin müxtəlif sahələrində əldə olunmuş nəticələri müzakirə etmək habelə doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə
ƏMR EDİRƏM:
1. 2011-cu ilin dekabr ayında Doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransı keçirilsin.
2. Baza ali təhsil müəssisəsi Azərbaycan Müəllimlər İnstitutu müəyyənləşdirilsin.
3. Konfransın Təşkilat komitəsi yaradılsın (əlavə 1) və bölmələrə rəhbərlik edəcək alimlərin siyahısı təsdiq olunsun (əlavə 2).
4. Ali məktəb rektorları:
4.1. Doktorantların və gənc tədqiqatçıların məruzə tezislərini 15 oktyabr 2011-ci ilədək Təhsil Nazirliyinin Elm şöbəsinə təqdim etsinlər.
5. Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:
5.1. 10 noyabr 2011-ci il tarixədək konfransın proqramını hazırlasın.
5.2. Konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.
6. Konfransın proqramının və məruzə tezislərinin nəşri Azərbaycan Müəllimlər İnstitutunun rektoruna (A.Naxçıvanlı) tapşırılsın.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məlumat-informasiya məcmuəsində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
8. Əmrin çoxaldılıb yerlərə çatdırılması Ümumi şöbəyə tapşırılsın.
9. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə edilsin.
ƏSAS: Elm şöbəsinin iş planı.
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
8 aprel 2011-ci il
№ 552
Əlavə: