SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.30-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
14 aprel 2011-ci il
№ 53
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 14 aprel tarixli
53 nömrəli qərarı ilə təsdiq edilmişdir
"Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri
1. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş medallar (bundan sonra - medallar) diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanır (1 və 2 nömrəli əlavələr).
2. Medalların üz tərəfində Azərbaycan Respublikasının Dövlət gerbi, gerbdən yuxarıda "Azərbaycan Respublikası" sözləri simmetrik yerləşdirilməklə həkk olunur.
3. Medalların arxa tərəfində çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində "Təhsildə xüsusi nailiyyətlərə görə" sözləri həkk edilir. Bütün yazılar və təsvirlər qabarıqdır.
4. Qızıl medalın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL MEDAL, gümüş medalın yan səthində GÜMÜŞ MEDAL sözləri nəqş olunur.
5. Medallar bürünc metaldan hazırlanır. Qızıl medalın səthinə qızıl, gümüş medalın səthinə gümüş suyu çəkilir.
6. Medallar qırmızı rəngli plastik qutulara qablaşdırılır.
Əlavə