• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

İlk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin ifa mədəniyyətlərini yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının səsləndirilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaq, xüsusi istedada malik gəncləri üzə çıxarmaq məqsədilə

ƏMR EDİRƏM:

1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) və Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsinlər.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin respublika mərhələsinin qaliblərinin mükafatlandırılması, diplom və dəvətnamələrin hazırlanması məqsədilə təsdiq olunmuş xərclər smetasına əsasən 420 (dörd yüz iyirmi) manat məbləğində vəsaitin ayrılmasını təmin etsin.
5. Ümumi şöbə (H.Məmmədova) əmr və əlavələrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.
 
Əsas: Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin iş planı.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
22 fevral 2011-ci il
№293