• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə

Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə qərarı ilə keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda uşaq yaradıcılıq müsabiqəsinin rayon, şəhər turu Fövqəladə Hallar Nazirliyinin müvafiq regional mərkəzləri ilə birgə yaradılmış münsiflər heyəti tərəfindən seçilməlidir. Rayon turunun qalibləri haqqında məlumatlar 11 aprel 2011-ci il tarixindən gec olmayaraq Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir.
Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə əlaqə yaradıb, müsabiqənin rayon, şəhər mərhələsinin keçirilməsi ilə bağlı müvafiq tədbirlər görmək və seçilmiş işlərin vaxtında göndərilməsini təmin etmək Sizə tapşırılır.
        
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
15
yanvar 2011-ci il
№46-20-
240/16