• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirler Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlavə təhsilin məzmunu,  təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası»nın və bununla əlaqədar Təhsil Nazirliyinin 4 oktyabr 2010-cu il tarixli 1297 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə
 
ƏMR EDİRƏM:
 
2. Əlavə təhsilin ixtisasartırma təhsili istiqaməti üzrə təhsil proqramlarının qiymətləndirilməsi və tətbiqinə icazənin verilməsi Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə həvalə edilsin.
3. Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi (F.Qədirov):  
3.1. İxtisasartırma  təhsili   üzrə  təhsil   proqramlarının   qiymətləndirilməsi və
tətbiqinə icazənin verilməsi mexanizmini hazırlayıb təsdiq edilmək üçün təqdim etsin.
3.2. 3.2. Kurikulum   çərçivəsinin   ayrı-ayrı modulları üzrə əlavə təhsil müəssisələri və ya ixtisasartırma təhsilini həyata keçirən qurumlar tərəfindən hazırlanan təhsil proqramlarının qəbuluna dair elan verilməsini təmin etsin.
3.3. 3.3. Rəhbər və pedaqoji kadrların digər kateqoriyaları üçün ixtisasartırma təhsilinin minimum həddinin müəyyən edilməsini və müvafiq kurikulum çərçivələrinin hazırlanıb təqdim edilməsini təmin etsin.
4. Rayon (şəhər)  təhsil  şöbələri (idarələri),  Nazirliyin  birbaşa  tabeliyində
olan ümumi təhsil müəssisələri:
4.1. Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin ixtisasartırmaya olan ehtiyac və tələbatlarının öyrənilməsini, bu əsasda ixtisasartırma proqramlarının düzgün seçilməsini və hər bir müəllimin 5 il ərzində ixtisasartırma təhsilinin üç modulu üzrə 120 saatlıq təlim kurslarından keçməsini təmin etsinlər.
4.2. Fərdi ehtiyac və maraqların nəzərə alınması yolu ilə ixtisasartırma proqramlarının seçilməsində müəllimlərə müvafiq köməklik göstərsinlər.
4.3. İxtisasartırma proqramlarının fərdi seçimi əsasında müvafiq əlavə təhsil müəssisələri və ya ixtisasartırma təhsilini həyata keçirən qurumlarla müqavilələrin bağlanılmasını, mümkün olan hallarda ixtisasartırma təlimlərinin müəllimlərin iş yerində və ya ona yaxın ərazidə həyata keçirilməsini təmin etsinlər.
4.4. «Əlavə təhsilin məzmunu,  təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası»nın 1.7-ci bəndinə müvafiq olaraq stimullaşdırma tədbirlərinin həyata keçirilməsində müəllimlərin ixtisasartırma təhsili nəticəsində topladıqları kreditlərin nəzərə alınmasını təmin etsinlər.
5. İctimaiyyətlə   əlaqə   şöbəsi  (B.Hüseynzadə)  əmrin   əlavəsi   ilə  birlikdə
"Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
6. İnzibati işlər üzrə  sektor (A.Nəbiyev)  əmrin əlavəsi ilə birlikdə çoxaldılıb
yerlərə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
  
Misir Mərdanov,
Azərbaycan Respublikasının təhsil naziri.
17 dekabr 2010-cu il.
№1668