• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Ekologiya ili"nə töhfəmiz mövzusunda məktəblilərin respublika ekoloji forumunun keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

 "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi" haqqında Azərbaycan Respublikası Qanunundan və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 28 sentyabr 2006-cı il tarixli, 1697 nömrəli Sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilər arasında ekoloji maarifləndirmə işlərini genişləndirmək və Azərbaycan Respublikası Prezidenti tərəfindən elan edilən "Ekologiya ili"ndə görülən işləri qiymətləndirmək məqsədilə 
 
ƏMR EDİRƏM:
 
1. 21 dekabr 2010-cu ildə Bakı şəhərində ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ekologiya ili"nə töhfəmiz mövzusunda respublika ekoloji forumu keçirilsin.
2. Respublika ekoloji forumunun əsasnaməsi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, rayon, şəhər təhsil şöbələri, idarələri forumda əsasnamənin tələblərinə uyğun müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) forumun təşkili ilə əlaqədar lazımi təşkilati işləri həyata keçirsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) qaliblərin mükafatlandırılması və diplomların hazırlanması üçün 350 (üç yüz əlli) manat vəsait ayrılmasını təmin etsin.
6. Ümumi şöbə (H.Məhərrəmova) əmr və əsasnamənin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun. 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
7 dekabr 2010-cu il