• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

"Şəfaət  Mehdiyevin 100 illik  yubileyinin  keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 8 noyabr 2010-cu il tarixli, 1181 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının 30 noyabr 2010-cu il tarixli, 1558 nömrəli qərarı ilə təsdiq edilmiş birgə Tədbirlər planını nəzərə alaraq  

ƏMR EDİRƏM:

1. Görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rəhbərlərinə Tədbirlər planının icrasının  təmin edilməsi və görülmüş işlər haqqında məlumatın 30 dekabr 2010-cu il tarixədək Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
4. Əmrin çoxaldılıb yerlərə göndərilməsi ümumi şöbəyə (H.Məhərrəmova) tapşırılsın.
5. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə olunsun.  

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
7 dekabr 2010-cu il