• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əlavə təhsilin məzmunu,  təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası" haqqında 6 sentyabr 2010-cu il tarixli, 163 nömrəli qərarını elan edirəm: 
 
№ 163
 
Bakı şəhəri,    6 sentyabr 2010-cu il
 
"Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında 
 
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.16-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Əlavə təhsilin məzmunu,  təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 
A.RASİZADƏ,
Azərbaycan Respublikasının Baş naziri 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əlavə təhsilin məzmunu,  təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası" haqqında 6 sentyabr 2010-cu il tarixli, 163 nömrəli qərarının icrasını təmin etmək məqsədilə 
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əlavə təhsilin məzmunu,  təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası" haqqında 6 sentyabr 2010-cu il tarixli, 163 nömrəli qərarı rəhbərlik və icra üçün əsas götürülsün.
2. Ali, orta ixtisas və əlavə  təhsil müəssisələri:
2.1. Bu qərarın məzmunu və onun tətbiq edilməsi barədə kollektivlərdə müvafiq izahat işi aparsınlar.
2.2. Əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə fəaliyyətlərinin bu qərara uyğun həyata keçirilməsini təmin etsinlər.
2.3. Əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə müvafiq təhsil proqramları hazırlayıb qiymətləndirilmək üçün Təhsil Nazirliyinə təqdim etsinlər.
3. Aparatın rəhbəri (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov):
3.1. Əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil prosesinin təşkili ilə bağlı tələb edilən yeni reqlamentləşdirici sənədlərin işlənib hazırlanmasını təmin etsinlər.
3.2. Əlavə təhsil müəssisələrində keyfiyyətə nəzarətin təmin olunması məqsədi ilə monitorinq və qiymətləndirmə mexanizminin yaradılmasını təmin etsinlər.
3.3. Əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə təhsil proqramlarının qiymətləndirilməsi mexanizmlərini müəyyənləşdirsinlər, bu məqsədlə müvafiq Qiymətləndirmə Şurasının yaradılmasına dair təklif hazırlayıb təqdim etsinlər.
3.4. Hər il müvafiq vaxtlarda əlavə təhsilin ayrı-ayrı istiqamətləri üzrə təhsil proqramlarının qiymətləndirilməsi üçün qəbul elanlarının verilməsini, qiymətləndirilmiş proqramlar haqqında məlumatların vaxtında Nazirliyin saytında yerləşdirilməsini təmin etsinlər.
4. Təhsil Nazirliyinin İnzibati işlər üzrə sektor müdiri (A.Nəbiyev) əmrin çoxaldılaraq bütün rayon (şəhər) təhsil şöbələrinə, ali, orta ixtisas və əlavə təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məlumat-informasiya məcmuəsində dərc edilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
4 oktyabr 2010-cu il