SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Peşə təhsili müəssisələri üçün Strateji Planlaşdırma üzrə praktiki təlimat vəsaiti" sənədinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 03 iyul 2007-ci il tarixli 2282 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nda nəzərdə tutulmuş texniki peşə təhsilinin dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi üçün Avropa İttifaqı ilə birlikdə həyata keçirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihə çərçivəsində "Peşə təhsili müəssisələri üçün Strateji Planlaşdırma üzrə praktiki təlimat vəsaiti" sənədinin təsdiq edilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. İlk peşə-ixtisas təhsilinin dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış "Peşə təhsili müəssisələri üçün Strateji Planlaşdırma üzrə praktiki təlimat vəsaiti" sənədi təsdiq edilsin.
2. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və Təhsil Problemləri İnstitutu (A.Mehrabov) təlimati sənədin tələblərinə uyğun olan modul proqramının hazırlanması üzrə seminar və treninqlərin keçirilməsi üçün tədbirlər planı hazırlasınlar.
3. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və Ümumi şöbənin İnzibati işlər üzrə sektoru (A.Nəbiyev) "Peşə təhsili müəssisələri üçün Strateji Planlaşdırma üzrə praktiki təlimat vəsaiti" sənədinin ilk peşə-ixtisas təhsili müəssisələrinə çatdırılmasını təmin etsinlər.
4. İctimaiyyətlə əlaqə şöbəsinin müdiri (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Sənətkar" jurnalının baş redaktoru (Ş.Balakişiyev) jurnalda dərc edilməsini təşkil etsinlər.
5. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 noyabr 2010-cu il
Azərbaycan Respublikasının təhsil naziri
8 noyabr 2010-cu il