• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin bədən tərbiyəsi və idman sahəsi ilə bağlı sərəncam və fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətini, fiziki tərbiyə və idman sahəsində qabaqcıl pedaqoji təcrübəni öyrənmək, təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı idmançıları, məşqçi-müəllimləri aşkar etmək, onları rəğbətləndirmək məqsədilə 

ƏMR EDİRƏM:

1. 2010-cu təqvim ilinin yekunlarına əsasən uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi-müəllimlər arasında aşağıdakı nominasiyalar üzrə respublika müsabiqəsi təşkil olunsun:
- ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi;
- ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbi;
- şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi;
- şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi;
- kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi;
- kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi;
- oğlanlar arasında ilin ən yaxşı idmançısı;
- qızlar arasında ilin ən yaxşı idmançısı;    
- oğlanlar arasında ilin ən yaxşı şahmatçısı;
- qızlar arasında ilin ən yaxşı şahmatçısı;
- idman məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi;
- şahmat məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi.
2. Respublika müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.12.2004-cü il tarixli, 873 nömrəli əmri ilə təsdiq olunmuş qaydalara uyğun keçirilsin.
3. Müsabiqənin respublika mərhələsinə 2010-cu ilin dekabr ayında yekun vurulsun.
4. Naxçıvan MR Təhsil Nazirliyi, rayon, şəhər təhsil şöbələri, idarələri bu əmrdən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı müvafiq tədbirlər görsünlər, respublika   müsabiqəsinə təqdim ediləcək idmançı, məşqçi-müəllim və məktəblər haqqında  məlumatları 10 dekabr 2010-cu ilə qədər nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinə təqdim etsinlər.
5. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili üçün təşkilati işlər görsün və yerli təhsil şöbələrinə  köməklik göstərsin.
6. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqə qaliblərinin mükafatlandırılması və diplomların hazırlanması üçün  1932 (min doqquz yüz otuz iki) manat vəsait ayrılmasını təmin etsin.
7. Ümumi şöbə (H.Məhərrəmova) müsabiqə qalibləri üçün hədiyyələrin alınmasını, diplomların hazırlanmasını və bu  əmrin çoxaldılaraq təhsil şöbələrinə göndərilməsini təmin etsin.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.
9. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin. 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
2 noyabr 2010-cu il