• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 sentyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq olunmuş Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında qərarının elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Qərarın elan edilməsi barədə
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 sentyabr tarixli 166 nömrəli qərarını elan edirəm:
 
«AZƏRBAYCAN RESPUBLİKASININ
 
NAZİRLƏR KABİNETİ
 
Q Ə R A R
 
№ 166
 
Bakı şəhəri, 27 sentyabr 2010-cu il
 
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin
Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə)
maaşlarının tənzimlənməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin "Minimum aylıq əmək- haqqının artırılması haqqında" 2010-cu il 31 avqust tarixli 1078 nömrəli, "Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 6 sentyabr tarixli 1084 nömrəli, "Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 13 sentyabr tarixli 1092 nömrəli, "Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 17 sentyabr tarixli 1097 nömrəli, "Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 17 sentyabr tarixli 1098 nömrəli, "Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 21 sentyabr tarixli 1114 nömrəli, "Kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2010-cu il 21 sentyabr tarixli 1115 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.
2. "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli 209 nömrəli qərarı (2-ci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar 2010-cu il sentyabrın 1-dən qüvvəyə minir. 
A.Rasi-zadə,
 Azərbaycan Respublikasının Baş naziri 

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 27 sentyabr tarixli 166 nömrəli  qərarına
1 nömrəli əlavə
 
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin
Vahid Tarif Cədvəli

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı
(manatla) 

1 85
2 89
3 93
4 97
5 102
6 106
7 110
8 114
9 118
10 123
11 128
12 136
13 147
14 158
15 171
16 200
17 275
18 347
19 585
Aparatın rəhbəri - A.Hacıyev
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 27 sentyabr tarixli 166 nömrəli  qərarına
2 nömrəli əlavə
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin

Vahid Tarif Cədvəli

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı
(manatla) 

1 100
2 104
3 108
4 112
5 117
6 122
7 127
8 132
9 137
10 145
11 155
12 163
13 172
14 185
15 205
16 235
17 325
18 406
19 650
Aparatın rəhbəri - A.Hacıyev

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2010-cu il tarixli 166 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Nazirliyin tabeliyində olan və birbaşa Nazirlik tərəfindən maliyyələşdirilən tədris müəssisə, idarə və təşkilatların rəhbərlərinə tapşırılsın:
2.1. Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin artımı ilə əlaqədar olaraq ştat və tarifləşmə cədvəllərində müvafiq dəyişikliklərin aparılmasını və həmin cədvəlləri təsdiq edərək bir nüsxəsinin Nazirliyin İqtisadiyyat şöbəsinə təqdim olunmasını təmin etsinlər;
2.2. işçilərin aylıq əməkhaqlarının Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarının 1 nömrəli əlavəsinə uyğun ödənilməsini təmin etsinlər;
2.3. əməkhaqlarının artımı ilə bağlı 211100 «Ştatda olan işçilərin əməkhaqqı» xərc yarımmaddəsi üzrə 2010-cu ilə təsdiq olunmuş xərclər smetasında nəzərdə tutulmuş proqnozdan əlavə vəsaitə ehtiyac yaranarsa bu barədə müvafiq hesablamaların və məlumatların qısa müddət ərzində Nazirliyin İqtisadiyyat şöbəsinə təqdim olunmasını təmin etsinlər.
3. İqtisadiyyat şöbəsinə (Ş.Əliyev) tapşırılsın:
3.1. Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin artımı ilə əlaqədar olaraq tabelikdə olan və birbaşa Nazirlik tərəfindən maliyyələşdirilən tədris müəssisə, idarə və təşkilatlar tərəfindən ştat və tarifləşmə cədvəllərində müvafiq dəyişikliklər aparılaraq Nazirliyə təqdim olunmasına nəzarət etsin;
3.2. Nazirliyin tabeliyində olan və birbaşa Nazirlik tərəfindən maliyyələşdirilən təşkilatlarda işçilərin əməkhaqlarının Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarına əsasən ödənilməsi üçün kredit açılışı zamanı müəyyən olunmuş vəsaitin təşkilatların hesabına köçürülməsini təmin etsin;
3.3. təşkilatlar tərəfindən 211100 «Ştatda olan işçilərin əməkhaqqı» xərc yarımmaddəsi üzrə əlavə vəsaitə tələbatla bağlı təqdim olunan hesablamalara və məlumatlara əsasən xərclər smetasında müvafiq dəyişikliklərin aparılmasını təmin etsin.
4. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında» 2008-ci il 12 sentyabr tarixli 209 nömrəli Qərarı»nın elan edilməsi haqqında Təhsil Nazirliyinin 23 sentyabr 2008-ci il tarixli 1087 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.
5. Ümumi şöbənin inzibati işlər üzrə sektoru (A.Nəbiyev) əmrin çoxaldılaraq təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri.
07.10.2010
№ 1323