• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2010-2011-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi məqsədilə 
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2008-ci il 25 fevral tarixli, 714 nömrəli Fərmanına uyğun olaraq, ümumtəhsil məktəbləri və müəllimlərin müsabiqələrdə iştirakı ilə bağlı elanın mətni və ona əlavələr  təsdiq edilsin (əlavə olunur).
2. 2010-2011-ci dərs  ilində müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu 2010-cu  il  sentyabrın  20-dən  başlansın və  oktyabrın  20-də  başa  çatdırılsın.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) müsabiqələrlə bağlı elan və ona əlavələrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
30 avqust 2010-cu il