• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İşçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında Azərbaycan Respublikası  Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan haqqında nə bilirəm" mövzusunda müsabiqə keçirmək məqsədilə 
 
ƏMR EDİRƏM:
 
1. Ölkəmiz haqqında, onun təhsili, mədəniyyəti haqqında Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşlarının uşaqlarında daha dolğun təsəvvür yaratmaq, onları ölkəmizin ictimai həyatında fəal iştiraka cəlb etmək üçün həmin uşaqlar arasında inşa, şeir, rəsm və rəqs nominasiyaları üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:      

 
Elmar Qasımov     Azərbaycan Respublikası təhsil nazirinin müavini, sədr;
Ağababa İbrahimov   Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri, üzv;
Qulu Novruzov   Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, üzv; 
Tünzalə Aydəmirova   Xarici İşlər Nazirliyinin İnsan hüquqları, demokratikləşdirmə və humanitar problemlər idarəsinin II katibi, üzv;
Vaqif Babayev    Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsi Təhsil sektorunun müdiri, üzv; 
Zöhrə Əsgərova   Gənclər və İdman Nazirliyinin Elm və təhsil şöbəsinin baş məsləhətçisi, üzv;
Nurlana Qaraxanova     Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi, üzv.
    
2. İşçi qrupu müsabiqənin keçirilməsi ilə bağlı Əsasnaməni 10 gün müddətində hazırlayıb təsdiqə təqdim etsin.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini təmin etsin. 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 sentyabr 2010cu il