• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası təhsil nazirinin 02.09.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş 30.06.2005-ci il tarixli, 003283 nömrəli xüsusi razılığın (lisenziya) qüvvədəolma müddətinin uzadılmaması barədə Azərbaycan Respublikası təhsil nazirinin 02.09.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası ilə bağlı
 
ƏMR EDİRƏM:
 
1. Təhsil Nazirliyinin məlumat bankında adları olan Azərbaycan Beynəlxalq Universiteti tələbələrinin aşağıda göstərilən ali təhsil müəssisələrində təhsillərini davam etdirmələri təmin edilsin:
- «Riyaziyyat və informatika», «müalicə işi», «pediatriya» , «hüquqşünaslıq», «neft və qaz yataqlarının işlənməsi və istismarı», «ekologiya», «aqronomluq», «stomatologiya» və «tibbi biologiya» ixtisaslarında təhsil alan tələbələr – «Odlar Yurdu» Universitetində;
- «Turizm və sosial-mədəni servis xidməti», «dekorativ tətbiqi incəsənət və xalq sənəti», «maliyyə və kredit» və «dövlət və bələdiyyə idarəetməsi» ixtisaslarında təhsil alan tələbələr – Azərbaycan Kooperasiya Universitetində;
- «İbtidai təhsilin pedaqogika və metodikası» və «məktəbəqədər təhsilin pedaqogika və metodikası» ixtisaslarında təhsil alan tələbələr – Bakı Qızlar Universitetində;
- «Beynəlxalq iqtisadi münasibətlər» və «regionşünaslıq» ixtisaslarında təhsil alan tələbələr – Azərbaycan İctimai-Siyasi Universitetində;
- «Tarix və ictimaiyyət» ixtisasında təhsil alan tələbələr – Bakı Asiya Universitetində;
- «Gömrük işinin təşkili» və «vergi işinin təşkili və idarəedilməsi» ixtisaslarında təhsil alan tələbələr – Bakı Biznes Universitetində;
- «Xarici dil (ingilis dili)» və «jurnalistika» ixtisaslarında təhsil alan tələbələr – Bakı Avrasiya Universitetində;
- «Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili», «sənaye və mülki tikinti» və «bədən tərbiyəsi və idman» ixtisaslarında təhsil alan tələbələr – Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində;
«İqtisadiyyatın hüquqi tənzimlənməsi» ixtisasında təhsil alan tələbələr- Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında.

2. Qüvvədəolma müddəti bitdiyi üçün lisenziyası etibarsız hesab edilmiş Azərbaycan Beynəlxalq Universitetinə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə daxil olan tələbələrin digər özəl ali məktəblərə köçürülməsini, 01.09.2010-cu il tarixə qədər təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatın hazırlanmasını, təhsillə bağlı sənədlərin təhvil alınaraq arxivə verilməsini təmin etmək və digər məsələlərin həlli ilə bağlı təkliflər hazırlamaq məqsədilə aşağıdakı tərkibdə təhvil-təslim komissiyası yaradılsın:
Nəzakət Hacıyeva - Aparatın rəhbərinin müavini;
Mircəfər Nəbiyev - Xüsusi şöbənin müdiri;
Elmir Həsənov - Hüquq sektorunun müdiri;
İlyar Vahabov  - Aparatın baş məsləhətçisi;
Natiq İbrahimov - Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi;
Nizami Süleymanov - Azərbaycan Beynəlxalq Universitetinin tədris işləri üzrə prorektoru.
 
3. Təhvil-təslim komissiyasına tapşırılsın:
3.1. Tələbələrin ali məktəbə qəbul olunmaları barədə sənədlərin, şəxsi işlərin və qiymət kitabçalarından çıxarışların universitetin rəhbərliyi ilə birlikdə vaxtında hazırlanıb tələbələrə verilməsini təmin etsinlər.
3.2. Universitetin məzunları üçün Təhsil Nazirliyindən alınmış diplomların saxlanılması, doldurulması, verilməsi və uçotu vəziyyətini və digər məsələləri araşdırsınlar.
3.3. Akademik məzuniyyətdə olan və ya müxtəlif səbəblərdən ali məktəbdən xaric olunmuş tələbələr barədə müvafiq məlumat hazırlasınlar.
3.4. Köçürülmə və təhvil-təslim zamanı şikayəti olan tələbə və valideynləri qəbul edib, məsələni yerində araşdıraraq müvafiq izahat versinlər.
3.5. Azərbaycan Beynəlxalq Universiteti tərəfindən təhsillə bağlı təqdim olunmuş sənədləri təhvil alsınlar.
3.6. Görülən işlər barədə mütəmadi olaraq Aparat rəhbərinə rəsmi məlumat hazırlasınlar.

4. Fəaliyyəti dayandırılmış ABU-nun rəhbərliyi (E.Abdullayev):
4.1. Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş 30.06.2005-ci il tarixli, 003283 nömrəli xüsusi razılığın (lisenziya) əslini Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etsin.
4.2. 01.09.2010-cu il tarixə qədər Azərbaycan Beynəlxalq Universitetində təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə siyahını və məlumatı bir daha dəqiqləşdirərək təhvil-təslim komissiyasına təqdim etsin.
4.3. Təhsillə bağlı aşağıdakı sənədləri tam qaydaya salıb Təhsil Nazirliyinin arxivinə vermək üçün komissiyaya təhvil versin:
tələbələrin ali məktəbə qəbul edilmələri, kursdan-kursa keçirilmələri, xaric olunmaları, akademik məzuniyyət verilmələri, ali məktəbin fəaliyyəti ilə bağlı əmr kitablarını;
- imtahan-məqbul cədvəllərini;
- göndəriş vərəqələrini;
- dərs jurnallarını;
- doldurulmuş və doldurulmamış akademik arayış və diplom blanklarını;
- diplom blanklarının alınması, verilməsi və qeydiyyatı jurnallarını;
- əməkdaşların işə qəbul edilməsi və azad olunması, analıq məzuniyyətinə göndərilməsi barədə əmr kitablarını;
- əməkdaşların şəxsi işlərini;
- əmək müqavilələrini;
- digər arxiv sənədlərini.
4.4. Cari ildə ali məktəbi bitirmiş və müvəffəqiyyətlə yekun dövlət attestasiya sınaqlarından keçmiş şəxslərə diplom verilməsi ilə bağlı nazirliyə müraciət edib        10 gün müddətinə bu məzunlara diplomların verilməsini təmin etsin.

5. Tələbələrin köçürüldüyü ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:
5.1. 2010-2011-ci tədris ili başlanana qədər tələbələrin şəxsi işlərini və qiymət kitabçalarından çıxarışlarını qəbul etmək, köçürüldüyü ali məktəbin tədris planına müvafiq olaraq fənn fərqlərinin olub-olmamasını və təhsillərini hansı kursda davam etdirmələrini müəyyənləşdirmək məqsədi ilə müvafiq əmrlə xüsusi qəbul komissiyası yaratsınlar.
5.2. Tələbələrin köçürülməsi ilə bağlı əmr verilən zaman yaradılan qəbul komissiyasının rəyini əsas tutsunlar.
5.3. Tələbələrin fənn fərqlərini semestrin sonuna qədər vermələri üçün şərait yaratsınlar.
5.4. Fəaliyyəti dayandırılan universitetin pedaqoji kadrlarını imkan daxilində işlə təmin etsinlər.

6. Aparata (İ.Pirməmmədov) və Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) tapşırılsın:
6.1. Təhsil Nazirliyinin məlumat bankına uyğun olaraq, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, ABU-ya qəbul olunan və köçürülən tələbələrin ixtisaslar və kurslar üzrə adlı siyahısını müvafiq ali məktəblərə təqdim etsinlər.
6.2. Tələbələrin köçürülmələrinin cari dərs ilinin başlanğıcına qədər başa çatdırılması ilə bağlı müvafiq tədbirlər görsünlər.
6.3. Lazım gəldikdə təhvil-təslim komissiyasının üzvlərinin ali məktəblərdə yaradılan qəbul komissiyasında iştirakını təmin etsinlər.
6.4. Aidiyyatı özəl ali məktəb rəhbərləri ilə birlikdə tələbələrin köçürülməsi ilə bağlı əmrdən irəli gələn digər tədbirləri həyata keçirsinlər.

7. Nazirliyin müvafiq idarə və şöbələri bu əmrdən irəli gələn digər tədbirləri həyata keçirsinlər.

8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Əsas: Təhsil nazirinin 02.09.2010-cu il tarixli, 1200 nömrəli əmri, müvafiq dərkənarla Aparatın rəhbəri İ.Pirməmmədovun təqdimatı.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
0
8.09.2010-cu il