• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təşkilat Komitəsinin yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyinin keçirilməsi ilə əlaqədar
 
ƏMR EDİRƏM:
 
 
1. Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyinin mütəşəkkil və yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın: 
Təşkilat Komitəsinin sədri:
 
İsgəndər İsgəndərov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
 
Təşkilat Komitəsi sədrinin müavini:
 
Vüsalə Fətəliyeva - Şuşa Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini
 
Təşkilat Komitəsinin üzvləri:
 
İlham Pirməmmədov  - Təhsil Nazirliyi aparatının rəhbəri 
Aydın Əhmədov - Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri 
Fərzəli Qədirov - Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri 
Şahrza Əliyev - İqtisadiyyat şöbəsinin müdiri 
Bayram Hüseynzadə - İctimaiyyətlə əlaqə şöbəsinin müdiri 
Sabir Həmidov - Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin baş məsləhətçisi 
Təvəkkül Əliyev - Şuşa Rayon Təhsil Şöbəsinin müdiri 
Sevil Babayeva - Şuşa şəhər 1 nömrəli orta məktəbin direktoru 
Əyyub Əbdüləzimov - Şuşa Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi 
Vasif Quluyev - “Şuşa” qəzetinin redaktoru
 
2. Təşkilat Komitəsi yubileylə bağlı nəzərdə tutulan tədbirlərin koordinasiyasını və digər müvafiq məsələlərin yerinə yetirilməsini təmin etsin.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.
 
ƏSAS: müvafiq dərkənarla nazir müavini İ.İsgəndərovun 02.08.2010-cu il tarixli təqdimatı və Şuşa Rayon İcra Hakimiyyətinin 18.08.2010-cu il tarixli, 5/279 nömrəli məktubu.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
02.09.2010
№11
98